RU

Ağ Evdə Trampın Putinlə şəkli asılıb

AzVision.az xəbər verir ki, “PBS News Hour” nəşrinin jurnalisti Elizabet Landers bununla bağlıbarədə Elizabet Landers “X” sosial şəbəkəsində paylaşım edib.

“Əvvəllər heç görmədiyim bir məqam: prezidentlər Tramp və Putinin Alyaskadakı yay sammitində çəkilmiş çərçivəli fotoşəkli”,- Landers yazıb.

Şəkil bu ilin yayında Alyaskadakı ABŞ hərbi bazasında iki prezident arasında danışıqlar zamanı çəkilib. Donald Tramp daha əvvəl şəkli Ağ Evə Vladimir Putinin özünün göndərdiyini açıqlamşıdı.

“Mənə indicə fotoşəkil göndəriblər. Putin mənə və ölkəmizə böyük hörmət bəsləyir, amma başqalarına o qədər də belə münasibət sərgiləmir”, - Amerika lideri deyib.

Rusiya prezidentinin göndərdiyi fotonun altında isə Ağ Evdə Donald Trampın nəvəsi ilə başqa bir şəkli asılıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
2
1
azvision.az

2Источники