RU

Qızıl saatbaşı bahalaşır 5.200 dolları keçdi

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qızıl ilk dəfə olaraq 5.200 dollar səviyyəsini aşdı.Qızıl unsiyası 0,6% artaraq 5.219,97 dollar səviyyəsində ticarət olundu. Gün ərzində 5.224,95 dollarla tarixi maksimumu test edən qızıl ilin əvvəlindən bəri 20%-dən çox dəyər qazanıb. Fevral tədarüklü ABŞ qızıl fyuçersləri isə 2,6% yüksələrək 5.216,80 dollar olub.Donald Tramp dolların “əla” vəziyyətdə olduğunu desə də, ABŞ valyutası son dörd ilin minimumuna yaxın qalaraq “etimad böhranı” ilə üz-üzədir. Bu isə dollar üzərində satış təzyiqini artırır. Eyni zamanda ABŞ-da istehlakçı etimadı zəif əmək bazarı və yüksək qiymətlərlə bağlı narahatlıqlar fonunda yanvar ayında son 11,5 ilin ən aşağı səviyyəsinə enib.“Deutsche Bank” isə mərkəzi banklar və investorların dollardan kənar və fiziki aktivlərə yönəlməsi fonunda artan tələbi əsas gətirərək, qızılın 2026-cı ildə 6.000 dollar/unsiya səviyyəsinə çata biləcəyini proqnozlaşdırıb.Digər qiymətli metallarda da artım müşahidə olunub. Gümüş 0,6% yüksələrək 113,63 dollar olub. Platin 1,5% artaraq 2.679,15, palladium isə 0,9% bahalaşaraq 1.951,93 dollar səviyyəsində ticarət edilib.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
www.bakupost.az

1Источники