RU

Yaddaşı yaxşılaşdırmaq üçün sadə üsul -Onkoloq DANIŞDI

Psixiatr və onkoloq Lyudmila Morozova yaddaşı yaxşılaşdırmağın sadə üsulunu tövsiyə edib.

Redaktor.az xəbər verir ki, həkim bu barədə “İzvestiya”ya verdiyi açıqlamada danışıb.

Beynin fəaliyyətini yaxşılaşdırmaq üçün Morozova şirniyyatlar və un məmulatları ilə tez-tez ara yeməklərindən uzaq durmağı məsləhət görüb. Onun sözlərinə görə, şirin qidaların qəbulu qanda şəkərin kəskin yüksəlməsinə səbəb olur, bu isə qısa müddətli enerji artımı yaratsa da, sonradan diqqətin və yaddaşın zəifləməsi ilə nəticələnir.

Həkim xəbərdarlıq edib ki, qanda şəkərin xroniki olaraq yüksək səviyyədə qalması damarları zədələyir və beynin qanla təminatını pisləşdirir. Bu isə zamanla damar mənşəli pozuntuların və neyrodegenerativ xəstəliklərin riskini artırır.

Şirniyyat və un məmulatları əvəzinə Morozova tam taxıl məhsulları, tərəvəzlər və paxlalılar yeməyi tövsiyə edib. O həmçinin rasiona dəniz balıqları, giləmeyvələr, yaşıl tərəvəzlər, qoz-fındıq, tumlar və fermentləşdirilmiş süd məhsulları əlavə etməyi məsləhət görüb.

Morozova vurğulayıb ki, tək bir məhsul və ya əlavənin təsiri kifayət etmir. Yalnız sistemli yanaşma qoruyucu effekt verir: balanslı qidalanma, fiziki aktivlik, təzyiq və şəkər səviyyəsinin nəzarətdə saxlanması, kifayət qədər yuxu və zehni fəaliyyət yaddaşı qorumaq və beyin sağlamlığını saxlamaq üçün vacibdir.

Aytəkin TOFİQQIZI

Избранный
14
1
redaktor.az

2Источники