RU

Zaxarovadan Zelenskiyə ağır ittihamlar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ukrayna Prezidenti Volodimir Zelenski istənilən sülh danışıqlarını pozmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Zelenski rejimi təmaslara necə reaksiya verir? O, hərbi əməliyyatlar üçün zərurətdən və döyüş meydanındakı vəziyyətin məntiqindən irəli gələrək zərbələr endirmir”, – deyə diplomat bildirib.

Zaxarova iddia edib ki, zərbələr məhz mülki şəxslərə və sosial obyektlərə yönəlib:

“Bunlar sadəcə zərbələr deyil, terror hücumlarıdır. Burada müxtəlif səbəblər var. Bu, şübhəsiz ki, bir pozuntudur və sülhə doğru hər hansı müzakirələri və ya hərəkətləri pozmaq cəhdidir”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
globalinfo.az

1Источники