RU

Kriptovalyuta bazarının son göstəriciləri

Yanvar ayının 28-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 0.63% bahalaşaraq 88 888 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.14% artaraq 2998 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.36%, BNB isə 1.74% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

Избранный
32
13
apa.az

10Источники