RU

İranda QANLI hesabat: şəhərlər üzrə minlərlə ölüm – Təbriz, Urmiya və Ərdəbil də siyahıda

İranda yanvar ayında baş verən etirazlar və zorakılıqlar fonunda şəhərlər üzrə ölənlərin, ağır xəsarət alanların və edam edilənlərin sayı ilə bağlı sarsıdıcı statistika açıqlanıb.

Paytaxt.org xəbər verir ki, rəqəmlər professor Əmir Rza Mübarizin araşdırmasına əsaslanır və 24 yanvar tarixinədək xəstəxanalarda qeydə alınmış məlumatları əhatə edir.

Açıqlanan məlumatlara görə, ölkə üzrə ölənlərin sayı minlərlədir. Ən çox itki Tehranda qeydə alınıb – 8354 nəfər. Onu Məşhəd (2893), İsfahan (1935), Şiraz (1920), Qum (1850) və Kərmansah (1850) izləyir. Siyahıda Azərbaycan şəhərləri də yer alır: Təbriz – 620, Urmiya – 350, Ərdəbil – 489.

WhatsApp

Araşdırmada göz itkiləri ilə bağlı rəqəmlər də diqqət çəkir. Bu kateqoriyada Tehran – 11 900 nəfərlə ilk sıradadır. Urmiya və Şirazda hər biri 7650, Məşhəddə 2750, Təbrizdə isə 360 nəfərin gözlərini itirdiyi bildirilir.

Etirazlardan sonra həyata keçirilən edamlar da statistikaya daxil edilib. Rəsmi xəstəxana qeydlərinə əsasən, Tehranda 468, Məşhəddə 214, Qumda 121, Şirazda isə 128 nəfər edam edilib.

Ümumilikdə, araşdırmaya görə, 60 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub və İran üzrə humanitar vəziyyətin miqyasını açıq şəkildə ortaya qoyur.Musavat.com

Избранный
9
paytaxt.org

1Источники