RU

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi elan edib

Sülh Şurası (Board of Peace) Azərbaycanı rəsmi olaraq təsisçi üzv kimi qəbul etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə məlumat təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşımda Azərbaycana həsr olunmuş xüsusi qarşılama posteri yayımlanıb və ölkə Sülh Şurasının təsisçi üzvlərindən biri kimi təqdim edilib.

Bənzər qarşılama paylaşımları digər iştirakçı dövlətlər üçün də dərc olunub ki, bu da Şuranın qlobal şəbəkəsinin formalaşmağa başladığını göstərir.

Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas sənədi olan Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və digər dövlət və hökumət başçıları ilə birlikdə təsis sənədini imzalayıb. Bununla da Azərbaycan yeni yaradılan beynəlxalq platformaya qoşulan ilk ölkələrdən biri olub.

Sülh Şurasının məqsədi dövlətlər arasında dialoqu təşviq etmək, diplomatik əməkdaşlığı gücləndirmək və uzunmüddətli sülh təşəbbüslərinə dəstək verməkdir. Təşkilatın sosial media üzərindən yaydığı rəsmi açıqlamalar onun beynəlxalq ictimaiyyətə ilk müraciətləri kimi qiymətləndirilir.

Davosda keçirilən imzalanma mərasimi və sonrakı rəsmi açıqlamalar Azərbaycanın Sülh Şurasının formalaşmasında erkən və mühüm rol oynadığını, ölkənin bu yeni qlobal təşəbbüsün əsas tərəfdaşlarından biri kimi mövqeyini təsdiqləyir.

Избранный
10
4
apa.az

5Источники