RU

Ağ Evdə Putinin şəkli asılıb

“Ağ Evin dəhlizlərindən birinin divarında əvvəllər ictimaiyyətə nümayiş etdirilməyən və jurnalistlərin diqqətini cəlb edən yeni bir foto asılıb”.

Missiya.Az xəbər verir ki, bu barədə jurnalist Elizabet Lander özünün “X” sosial şəbəkə şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə birlikdə çəkdirdiyi foto Ağ Evin foyesində yerləşdirilib. Bu foto Qərb qanadını prezident iqamətgahı ilə birləşdirir.

Onun sözlərinə görə, bu, iki ölkə liderinin birgə fotosudur və ötən il Alyaskada keçirilən sammit zamanı çəkilib.

"Foyedə əvvəllər görmədiyim bir şey gördüm: Tramp və Putinin Alyaskada keçirilən yay sammitindəki çərçivəyə salınmış şəkli", - deyə jurnalist vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники