Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
Kəndlərdən şəhərə miqrasiya dünyada geniş yayılmış tendensiyadır. Beynəlxalq təşkilatlar bildirir ki, bu proses o zaman təhlükəlidir ki, miqrasiya seçim yox, məcburiyyətdir.
Rəsmi statistikada belə bir fərq görünməsə də, Dünya Bankının məlumatına görə, Azərbaycanda 2021-ci ildən sonra kənddən şəhərə miqrasiyanın dinamikası artıb. Həmin ildə əhalinin 51 faizi şəhərlərdə yaşayırdısa, 2024-cü ildə bu göstərici 58 faizdən çox olub.
Azərbaycanda 4200-dən çox kənd olsa da, elə kəndlər var ki, orada ya cəmi bir nəfər, ya da bir ailə yaşayır. Rəsmi açıqlamalara görə, İsmayıllı, Neftçala və Xızının bəzi kəndlərində 1-5 nəfəradam yaşayır. Təxminən 130 kəndin əhalisi isə 50 nəfərdən azdır.
Daha ətraflı videomaterialda:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.