Aaron Maludanın hesabı açdığı epizodun əvvəlində top Umarali Raxmonaliyevin əlinə dəyir, hücumun sonunda “bayquşlar” qol vurur. Bir neçə dəqiqə VAR baş hakimi gözlədir, sonda da referini monitora dəvət etmədən qol qərarı verir.
Müasir futbolda hər ələ dəyən top qayda pozuntusu sayılmır. Burda əlin təbii və ya qeyri-təbii vəziyyətdə olması, topun trayektoriyası nəzərə alınır.
Bəs bu epizodda qol qaydalar çərçivəsində vuruldu, ya yox? Keçmiş hakim Ağahüseyn Əzizovun “Football-plus.az”a açıqlaması:
“Bu epizodda birmənalı şəkildə qol sayılmamalıydı. Çünki topa əllə təmas var. Burda təmasın bilərəkdən və ya bilməyərəkdən olması rol oynamır. Ona görə ki, hücum edən bundan üstünlük qazanır. Lakin analoji hal müdafiədə olan oyunçuyla bağlı olsaydı, onda oyun davam etdirilməliydi. Çox qəribə və təəccüblüdü ki, hətta VAR-a baxılandan sonra da qol ləğv olunmayıb”.
MÜZƏFFƏR QULUZADƏ