RU

Son 10 gündə dəm qazından 17 nəfər ölüb ACI STATİSTİKA

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Son 10 gün ərzində Azərbaycanda dəm qazından zəhərlənmə halları nəticəsində 17 nəfər həyatını itirib.

Bakıvaxtı.az bu barədə son 10 gündə mətbuatda gedən xəbərlərə istinadla xəbər verir.

Qeyd edək ki, ölüm faktları əsasən yaşayış evlərində qazla işləyən cihazlardan təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən qeydə alınıb.

Ümumiyyətlə, havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırıb. Aidiyyəti qurumların əhaliyə müraciətlərində də çox ciddi və gözlənilməz olan bu hallardan qorunmaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına ciddi əməl etməsi tövsiyə olunur.

Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin əksəriyyəti məişətdə qaz cihazlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına laqeyd münasibətdən qaynaqlanır.

Dəm qazının iysiz olduğu və hiss edilmədiyi nəzərə alınaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

• istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Baş Prokurorluğun dəm qazı təhlükəsi ilə bağlı müraciətində isə aşağıdakılara diqqət yetirilməsi vurğulanır:

Cihazların standartı: Heç bir halda qeyri-standart qaz işlədicilərindən istifadə etməyin.

Texniki baxış: Hər hansı nasazlıq aşkarlanarsa, fərdi müdaxilə etməyin, ixtisaslaşdırılmış müəssisəyə və ya peşəkar ustaya müraciət edin.

Su qızdırıcıları (Kombi, Ariston, "Pyatiminutka"): Bu cihazların qaz təminatı sertifikatlı borularla aparılmalı, tüstü çıxışı (ventilyasiya) mütləq standart ölçülərə uyğun quraşdırılmalıdır.

Baca təmizliyi: Şaxta və baca sistemləri mütəmadi olaraq qurum və digər kənar əşyalardan təmizlənməlidir. Axarlılığın pozulması dəm qazının evə dolmasına birbaşa səbəb olur.

Yerləşmə məkanı: Su qızdırıcısının duş qəbul edilən otaqda (hamamda) olması yolverilməzdir! Əgər cihaz hamamdadırsa, hökmən nəfəslik (pəncərə) olmalı və qapının aşağı hissəsində hava dəlikləri açılmalıdır.

Təhlükəsizlik tövsiyəsi: Fərdi su qızdırıcısı olan evlərdə şəxsin tək olarkən duş qəbul etməsi risklidir. Zəhərlənmə baş verərsə, xilas olmaq üçün kənar şəxsin köməyi zəruri ola bilər.

Məqsədli istifadə: Mətbəx qaz plitələrindən mənzili qızdırmaq üçün istifadə etmək qəti qadağandır.

Hava sorucular (Aspirator): Mətbəxdə plitə yandırılan kimi aspirator da işə salınmalıdır. Bu, zəhərli qaz ayrıntılarının məkandan dərhal kənarlaşdırılmasını təmin edir.

Detektor quraşdırın: Mənzillərdə dəm qazı detektorundan istifadə mütləqdir. Bu cihaz həm sızma, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verir və qaz axınını dərhal dayandırır.

Bundan başqa, zəhərlənmənin əlamətləri barədə də xəbərdarlıq olunub. Bildirilib ki, aşağıdakı hallardan hər hansı biri müşahidə edilərsə, dərhal məkandan çıxmalı və yardım çağırılmalıdır:

Şiddətli baş ağrısı və başgicəllənmə;

Ümumi zəiflik, ürəkbulanma və qusma;

Sürətli ürək döyüntüsü və nəfəs darlığı;

Sinə ağrısı və huşun itirilməsi.

Yaddasaxlamaqlazımdırki, qazcihazınınolduğuməkandakı insanlardabaş ağrısı, baş gicəllənməsi, ürəkbulanması, halsızlıqdəmqazındanzəhərlənmənin əsas əlamətləridir.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
10
bakivaxti.az

10Источники