RU

Zaxarova: “Sanki cinlənmiş adama müqəddəs su səpirsən”

“Ukrayna Prezidenti Volodimir Zelenski terror aktları və mülki əhaliyə endirilən zərbələr vasitəsilə istənilən sülh təşəbbüsünü pozmağa çalışır”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosunun efirində səsləndirib.

Onun sözlərinə görə, sülh istiqamətində atılan hər hansı addım və ya buna dair ən kiçik işarə belə, Kiyev tərəfindən sərt reaksiya ilə qarşılanır:

“Hətta bu istiqamətdə müəyyən hərəkətə dair eyhamların özü də, belə bir reaksiya doğurur... Sanki cinlənmiş adama müqəddəs su səpirsən - dərhal qaranlıq mahiyyətini nümayiş etdirməyə başlayır”.


Telegram kanalımız
Избранный
18
yenisabah.az

1Источники