RU

Cənubi Koreyanın sabiq birinci xanımı 1,8 il azadlıqdan məhrum edilib

Cənubi Koreyanın sabiq birinci xanımı Kim Qun Hi korrupsiya ittihamı ilə 1,8 il həbs cəzasına məhkum edilib.

“İki sahil” xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

"İlk məhkəmə prosesində ona 1 il 8 ay həbs və 12,81 milyon von məbləğində cərimə cəzası verilib", - telekanal bildirir.

O, Birlik Kilsəsindən 80 milyon von (təxminən 56 min dollar) dəyərində bahalı hədiyyələr - çantalar və boyunbağı aldığı üçün antikorrupsiyaya qanunvericiliyini pozmaqda təqsirli bilinib.

Bundan başqa, sabiq birinci xanım avtomobil dilerinin qiymətli kağızlarının dəyəri ilə bağlı manipulyasiyada ittiham edilib. İstintaqın versiyasına görə, o, maxinasiyalar nəticəsində guya 810 milyon von (564 min dollar) məbləğində gəlir əldə edib.

Избранный
32
ikisahil.az

1Источники