Türkiyəli müğənni "BLOK3"ün (Hakan Aydın) "Obsessive" albomunun və digər mahnıları "Spotify" musiqi platformasından silinib.
Milli.Az xəbər verir ki, bu barədə ifaçı sosial şəbələdə məlumat yayıb.
"Albomunu və musiqilərimi "Spotify"dan saxta adı ilə siliblər. Eşitdiyimə görə email adressimi də oğurlayıblar".
Məşhur müğənni sosial media hesabında verdiyi açıqlamada mahnıların silinməsinin arxasında kiminsə olduğunu iddia edib və məsələni məhkəməyə verəcəyini bildirib:
"Bunun arxasında kim dayanırsa, üzə çıxacaq".
Qeyd edək ki, ifaçı bu yaxınlarda müğənni Demet Akalınla qalmaqal yaşamışdı. Buna səbəb isə Demetin "BLOK3"ün "Spotify"da xeyli dinlənilməsinə "Əla mahnılar yazır, amma orada başqa bir şey var" deməsi olmuşdu. Müğənnisə isə həmkarına cavabında "Anamdan böyük, nənəmlə eyni yaşda olduğuna görə cavab verməyim uyğun olmazdı. Diqqəti cəlb etmək üçün mənə söz atır. Ona görə də istədiyi son bir diqqəti ona verəcəyəm" demişdi.
Milli.Az