Bakı. Trend:
Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni Qanun qəbulediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə edilib.
Bildirilib ki, bu Qanun Azərbaycanda uşaqlar barəsində dövlətsiyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını,həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövləttəminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edəcək.
Azərbaycan Respublikasının uşaq hüquqları haqqındaqanunvericiliyi Konstitusiyadan, Azərbaycan Respublikasınıntərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, AiləMəcəlləsindən, “Valideynlərini itirmiş və valideyn himayəsindənməhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlikyaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularınınprofilaktikası haqqında”, “Uşaqların zərərli informasiyadanqorunması haqqında” Qanunlardan və digər normativ hüquqi aktlardanibarət olacaq.
Bu Qanunda nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən,etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından,valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərininsosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digərəlamətlərdən asılı olmayaraq hər bir uşağa aid ediləcək.
Azərbaycan Respublikasında olan əcnəbi və vətəndaşlığı olmayanuşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdarçıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, buQanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardanistifadə edə biləcəklər.