II Liqada mübarizə aparan "Araz Saatlı" fəaliyyətini dayandıra bilər.
Rekord.az-a daxil olan məlumata görə, buna səbəb maliyyə problemidir.
AFFA-nın ayırdığı aylıq 5 min manat xərcləri qarşılamır. Saatlı icra hakimiyyəti komandaya demək olar ki, dəstək olmur. Klub rəhbərliyinin də ciddi maliyyə məmbəyi yoxdur. Futbolçular da hamısı dağılışıb və geri dönüb-dönməyəcəkləri məlum deyil.