RU

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı proqramlar həyata keçiriləcək

Bakı. Trend:

Dövlət orqanları uşaq hüquqlarının müdafiəsi üzrə yerlikomissiyaların iştirakı ilə proqramlar həyata keçirəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bu Qanunda təsbit edilmiş uşaqhüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə dəstəkməqsədilə dövlət orqanları (qurumları) və yerli özünüidarəetməorqanları uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalarıniştirakı ilə proqramlar həyata keçirəcəklər.

Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarımüstəqil və ya digər qeyri-hökumət təşkilatları ilə birgə uşaqlaradəstək proqramları həyata keçirə biləcəklər.

Uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) vəqeyri-hökumət təşkilatları

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaqhüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq vədigər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsanhüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetməorqanları təmin edəcəklər.

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanlarıuşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarınınfəaliyyətinə dəstək göstərəcəklər.

Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarınınfəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərəəsaslanmalıdır.

Избранный
76
az.trend.az

1Источники