RU

Azyaşlılarla bağlı qadağan olan əməllərin Siyahısı

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlb edilməsi qadağandır.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlb edilməsi valideynlik hüquqlarından sui-istifadə hesab olunur.

Eyni zamanda uşağa alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satılması qadağandır.

Layihəyə əsasən, valideynlər və onları əvəz edən şəxslər, dövlət orqanları (qurumları), habelə uşağın təlim-tərbiyəsi ilə bağlı funksiyaları həyata keçirən təşkilatlar sağlam həyat tərzini, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının zərərlərini təbliğ etməyə borcludurlar. 

Bundan başqa, uşaq alveri, uşaq pornoqrafiyasının dövriyyəsi, uşağın əxlaqsız əməllərə cəlb edilməsi və seksual xarakterli məqsədlərlə təqib edilməsi qadağandır.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
qafqazinfo.az

1Источники