RU

Hindistanda təyyarə qəzasında ştatın nazir müavini və dörd nəfər ölüb

Hindistanın ən zəngin ştatı olan Maharaştranın nazir müavini Ajit Pavar və daha dörd nəfər təyyarə qəzası nəticəsində həlak olub.

“İki sahil” xəbər verir ki, bunu ölkənin aviasiya idarəsi açıqlayıb.

Məlumata görə, təxminən səhər saat 08:10-da Mumbaydən qalxan kiçik təyyarə, yarım saat sonra eniş cəhdi zamanı Baramati hava limanı yaxınlığında qəzaya uğrayıb. A.Pavar gələn ay keçiriləcək yerli seçkilər ərəfəsində dörd mühüm ictimai görüşdə iştirak etməli idi.

Mülki Aviasiya Baş İdarəsinin bəyanatında bildirilib ki, təyyarədə olan heç kim sağ qalmayıb.

Hadisə yerindən çəkilmiş videolarda alov və tüstü, təyyarənin qalıqları və təcili yardım maşınları görünür.

KİV-in məlumatına görə, təyyarə uçuş yerindən 250 km məsafədə yerləşən Baramatidə qəza enişi etməyə çalışıb.

Избранный
55
ikisahil.az

1Источники