RU

Körpələrə niyə vaxtından əvvəl ev yeməkləri vermək olmaz? -Pediatrdan AÇIQLAMA

"Körpələr əlavə qidaya keçəndə hər bir qidanın təsirini 3 gün gözləyib reaksiyanı izləyirik. Birinci az dadlı qidalardan, yəni tərəvəzlərdən başlayıb sonra meyvələrə keçirik ki, ilk tərəvəzə alışsın, sonra meyvəni görsün".

Redaktor.az xəbər verir ki, bunu pediatr Günay Rəsulova sosial şəbəkəsində körpələrə niyə vaxtından əvvəl ev yeməkləri vermək olmaz məsələsindən danışarkən səsləndirib. 

"Vaxtından əvvəl ev yeməklərini verildikdə, onların içərisində düz, şəkər olur, bu zaman uşaqlar yeməklərin dadından imtina edir. Bu səbəbdən bir yaşa qədər yeməklərə düz və şəkər qatmırıq, ev yeməkləri vermirik ki, əlavə qidaları uşaqlar normal götürsün. Ev yeməkləri verəndə uşaqlarda allergik reaksiyalar riski olur", - deyə həkim vurğulayıb.

Aytəkin TOFİQQIZI

 

 

Избранный
30
2
redaktor.az

3Источники