RU

Bu ölkənin keçmiş birinci xanımı azadlıqdan məhrum edildi

Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yolun həyat yoldaşı Kim Keon Hi barəsində 1 il 8 aylıq həbs qərarı verilib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, məhkəmə keçmiş birinci xanımı korrupsiyaya qarşı mübarizə qanunlarını pozmaqda ittiham edib. Xüsusi prokurorluq qrupu ona qarşı üç əsas ittiham irəli sürüb və o, ikisində günahsız bilinib.

Kim Keon Hi daha əvvəl avtomobil dilerinin səhm qiymətlərini manipulyasiya etməkdə ittiham olunurdu. Məlumata görə, o, fırıldaqçılıq ilə 810 milyon von (564 min dollar) mənfəət əldə edib. Məhkəmə onu bu ittihamda da günahsız hesab edib.

Избранный
23
publika.az

1Источники