RU

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirdi (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO –Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıqmərhələsinə dair mətbuat konfransı keçirib.

28 yanvar 2026-cı il tarixində “Four Seasons” otelində keçiriləntədbirdə Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru CavidQuliyev qeyd edib ki, təşəbbüs maliyyə dayanıqlığının daha dagücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarınıninkişafına töhfə vermək məqsədi daşıyır.

Cavid Quliyev bildirib ki, səhmlərin İlkin Kütləvi Təklif üsuluilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişafmərhələsidir: “IPO prosesinə qoşulan ilk özəl Bank məhz “PAŞABank”dır. “Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilənsəhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı vəinvestorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutukimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdəyerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdənibarətdir.”

O, qeyd edib ki, “PAŞA Bank” hər zaman real sektorun etibarlımaliyyə tərəfdaşı olub və bu missiyanı uğurla davam etdirir.

“İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhmbazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına,xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfəverməmiz üçün yeni fürsətlər yaradır,” – deyə, Bankın baş icraçıdirektoru vurğulayıb.

Qeyd edək ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış Azərbaycanınaparıcı korporativ maliyyə institutlarından biridir. Bankkorporativ və kiçik və orta biznes müştərilərinə investisiyabankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarəedilməsi və klassik bank xidmətləri təqdim edir. Fəaliyyətinin əsasməqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorbizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkəiqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. “PAŞA Bank”Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də xidmət göstərir.

Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyitöhfələrə görə “Euromoney”, “International Investor” və “GlobalFinance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlifmükafatlarla, o cümlədən “Ən yaxşı KOS bankı” və “World’s BestPrivate Banks 2025” kimi titullarla təltif olunub. 2025-ci ildə“Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “GoldStevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Məqalədə:
Избранный
89
11
az.trend.az

10Источники