RU

Taksilərə avtobus yolu ilə hərəkət etməyə icazə veriləcək? - Açıqlama

Bakı.Trend:

Bakıda taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinəicazə verilməsi hazırda məqsədəuyğun deyil.

Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniRəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsrolunmuş dəyirmi masada suallaarı cavablayarkən bildirib.

O qeyd edib ki, paytaxtda taksilərin sayı 25 mindən çoxdur:

"Bu qədər nəqliyyat vasitəsinin xüsusi zolaqlara daxil olmasıhəmin zolaqların əsas funksiyasını zəiflədə bilər. Taksilər zolağadaxil olduqdan sonra yolboyu dayanaraq sərnişin götürəcək vədüşürəcək.

Qurum rəsmisi əlavə edib ki, bu, xüsusi zolaqların maneəsizhərəkət prinsipi ilə ziddiyyət təşkil edir və onlarıneffektivliyini azalda bilər.

Nazir müavini bildirib ki, hazırda əsas məqsəd mövcud zolaqlarınictimai nəqliyyat üçün sürətli və fasiləsiz hərəkətini təminetməkdir, ona görə də bu məsələ hazırkı mərhələdə müzakirəedilmir.

Onun sözlərinə görə, şəhərdə sərnişinlərin minib-düşməsi üçünxüsusi nöqtələr artıq müəyyənləşdirilib və bu proses mərhələlişəkildə genişləndirilir.

“Dayanacaq yerləri əvvəlcədən planlaşdırılıb. Ehtiyac olanərazilərdə əlavə məntəqələr yaradılır. Sürücülər sərnişini mütləqbinanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır”, – deyəo qeyd edib.

Nazir müavini vurğulayıb ki, bəzi hallarda qısa məsafənin piyadaqət edilməsi daha məqsədəuyğundur:

“Əsas məsələ qaydalara əməl etməkdir. Harada dayanmağa icazəverilirsə, orada dayanmaq lazımdır. Bu həm təhlükəsizliyi, həm dəşəhər nəqliyyatının axıcılığını təmin edir”.

Məqalədə:
Избранный
61
2
az.trend.az

7Источники