RU

Anar Rzayev: Bakıda təxminən 1000 sərnişin avtobusu yenilənməlidir

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Paytaxtda hazırda 2300-ə yaxın sərnişin avtobusu istismardadır və onların mühüm hissəsinin texniki baxımdan yenilənməsinə ehtiyac var".

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrasına həsr olunmuş dəyirmi masa zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, mövcud avtobus parkında təxminən 1000 nəqliyyat vasitəsi istismar müddətini başa vurmaq üzrədir və mərhələli şəkildə dəyişdirilməlidir.

Anar Rzayev əlavə edib ki, avtobus parkına cəlb edilən yeni nəqliyyat vasitələri üçün vahid dizayn tələbi müəyyən edilib və bu avtobusların qırmızı rəngdə olması şərt kimi qoyulub.

"2030-cu ilədək paytaxtda 1000 avtobusun yenilənməsi planlaşdırılır və bu proses sərnişinlərin rahatlığı ilə yanaşı, ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək",-deyə AYNA sədri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
1
baku.ws

2Источники