
“Ermənistanın beynəlxalq tərəfdaşları silahların gizli xüsusiyyətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin əlinə keçəcəyindən qorxaraq Yerevana silah satmaqdan imtina etdilər”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Telegram” kanalında məlumat yayıb.
“Onlar bu silahların gizli parametrlərinin KTMT-yə açıqlanacağına əmin deyildilər”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, digər səbəb isə silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilə biləcəyi ilə bağlı narahatlıqlar idi.
Paşinyan həmçinin KTMT-ni tənqid edərək bildirib ki, Yerevanın blokdakı müttəfiqləri Ermənistanı müdafiə etmək və yüz milyonlarla dollar dəyərində silah tədarük etmək öhdəliklərini yerinə yetirməkdən imtina ediblər.
Daşqın HəsənovMissiya.Az