Onun sözlərinə görə, bu qüvvələr İranın mümkün cavab zərbələrini dəf etməyə və ABŞ bazalarını, eləcə də İsraili qorumağa kömək edə biləcək hava hücumundan müdafiə (HHM) sistemlərinə malikdir.
“ABŞ-ın aviasiyası da bölgədəki müxtəlif hava bazalarına çoxlu sayda təyyarə, eləcə də əlavə HHM vasitələri yerləşdirib. İlanın başını kəsmək lazımdır. Əslində, rejimin özü ilandır və məqsəd bu rəhbərliyin uzaqlaşdırılmasıdır ki, hansısa keçid prosesi başlasın”,– istefada olan amerikalı general vurğulayıb.
![]() |
| Tramp:“İran ətrafında vəziyyət dəyişkəndir” |
Generalın iddiasına görə, indiki rejim 1980-ci ildə hakimiyyətə gəlişindən bəri siyasi, iqtisadi və hərbi cəhətdən zəif olan İranı indi ən həssas vəziyyətə gətirib.
Cek Kin İran rəhbərliyinə təzyiqi devrilmiş Venesuela prezidenti Nikolas Maduronun ətrafındakı vəziyyətlə müqayisə edib. Onun fikrincə, ABŞ müvafiq əməliyyatlardan əvvəl Venesuela rəhbərliyi ilə qarşılıqlı əlaqədə olduğu kimi, digər ölkələrdə də ayrı-ayrı liderlərlə əlaqə saxlayır.
Xatırladaq ki, bundan əvvəl Amerika lideri Donald Tramp “Axios” portalına müsahibəsində Vaşinqtonun regiona “kütləvi armada” göndərdiyini, Tehran isə, həqiqətən razılığa gəlməkdə maraqlı olduğunu bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
