RU

Ərdoğan və Tramp nəyi müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.

"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı iki ölkə arasında münasibətlər, ticarət əlaqələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələr müzakirə edilib. 

Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini, hər sahədə münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkənin ortaq maraqlarına uyğun olduğunu ifadə edib. 

Qonşu Suriyada atəşkəs razılaşmasının tam olaraq tətbiq edilməsinə böyük önəm verdiklərini vurğulayan Türkiyə lideri ABŞ və Suriyanın müvafiq orqanları ilə koordinasiyalı şəklində prosesi yaxından izlədiklərini bildirib.

Bundan başqa, Ərdoğan Sülh Şurasının səmərəli fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib, Qəzzadakı humanitar fəlakətə son qoyulması və sektorun bərpasının bölgədə dayanıqlı sülhə yol açacağına əminliyini ifadə edib.

"Cebheinfo.az"

Избранный
37
1
cebheinfo.az

2Источники