RU

Şaraa yenidən Rusiyaya səfər etdi

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Moskvaya gedib.

"Yeni Sabah" "Rossiya-24"yə istinadla xəbər verir ki, o, Kremldə Vladimir Putinlə danışıqlar keçirəcək.

Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, danışıqlarda, iqtisadi əməkdaşlıq da daxil olmaqla, bir çox məsələlər müzakirə olunacaq:

"Rusiya-Suriya danışıqları işgüzar səhər yeməyi formatında keçiriləcək. Həmçinin prezidentlə cənab əl-Şaraa arasında ayrıca söhbət olacaq. Gündəlikdə ikitərəfli əməkdaşlıqla bağlı bir çox məsələ, xüsusən də iqtisadi sahədə müzakirə olunacaq məsələlər var. Həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, xüsusən də müzakirə ediləcək çox şey olduğu üçün."

Xatırlatma: Suriyanın keçid prezidenti ilk dəfə Moskvaya 15 oktyabr 2025-ci ildə səfər edib. 


Telegram kanalımız
Избранный
46
yenisabah.az

1Источники