RU

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ İmtahanlarla bağlı MÜHÜM AÇIQLAMA

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Magistratura səviyyəsi üzrə qəbul imtahanının birinci cəhdində iştirak etmək üçün ümumilikdə 22 777 nəfər qeydiyyatdan keçib.Xatırladaq ki, ötən il magistraturaya marağın xeyli azaldığı müşahidə edildi. Belə ki, 2024-2025-ci tədris ili üzrə magistraturada boş qalan 3700 yerə cəmi 1418 nəfər seçim etdi. Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul oldu. Həmçinin dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı doldu.Maraqlıdır ki ötən il magistraturaya azalan maraq bu il də müşahidə olunacaqmı?Bizim.Media mövzuyla bağlı təhsil eksperti Sosial Tədqiqatlar Mərkəzinin mütəxəssisi Elmin Nurinin fikirlərini öyrənib.Onun sözlərinə görə bu il magistratura imtahanının istər I cəhdi, istərsə də II cəhdi, nəticələr ötən ilkilərdən o qədər də fərqlənməyəcək.“İlk olaraq, sualların və tapşırıqların təqdimatında, müraciətlər arasında o qədər fərq olmayacaq.Qaydalarda hər hansı bir dəyişiklik yoxdur. Hər hansı bir əlavə müddəalar artırılmayıb. Qiymətləndirmə, sualların təqdimatı və s. ötən illə eynidir”.

Bəs ötən il xeyli yerin boş qalmasını nəzərə alsaq, bu il imtahan daha asan keçə bilər?

“Bəli, bu il suallar nisbətən asan salına bilər. Çünki ötən il xeyli boş plan yeri qaldı. Hətta II cəhddən sonra imtahan nəticələri elan olunduqda təqdim olunan plan yerləri tam dolmadı. Bu, əslində yaxşı hal deyil”,-deyə Elmin Nuri qeyd edib.Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
bizim.media

2Источники