RU

Kir Starmer Çində səfərdədir

BAKI, 28 yanvar. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə rəsmi səfəri çərçivəsində Pekinə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

Qeyd edilib ki, Britaniya hökumətinin başçısının səfəri yanvarın 31-dək davam edəcək. Səfər proqramına əsasən, Kir Starmer Çin rəhbərliyi ilə ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə danışıqlar aparacaq.

Bu, son səkkiz il ərzində Böyük Britaniya baş nazirinin Çinə ilk rəsmi səfəridir.

Избранный
32
teleqraf.com

1Источники