RU

Həbs olunan başçının qohumuna yeni vəzifə verildi

Kürdəmirin həbs olunan sabiq başçısının əmisi oğlu Həsən Cəfərova yeni vəzifə verilib.

Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, H.Cəfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri təyin olunub.

AHİK sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

H.Cəfərov bundan əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibi vəzifəsində çalışıb. O, eyni zamanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

H.Cəfərov 1956-ci ildə anadan olub. O, 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında əməyin texniki müfəttişi, 1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi vəzifəsində çalışıb.

Избранный
86
6
publika.az

9Источники