2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının cəmi kapitalı 9,7 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı MərkƏzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 0,1 milyon manat və ya 1% azalma deməkdir.
Kapitalın azalması əsasən bölüşdürülməmiş xalis mənfəətin 2,7 milyon manatdan 2,6 milyon manata enməsi hesabına baş verib. Nizamnamə kapitalı isə dəyişməyərək 7,1 milyon manat olaraq qalıb.
Xatırladaq ki, 2024-cü ilin sonunda kredit ittifaqlarının cəmi kapitalı 9,8 milyon manat təşkil edirdi.