RU

Qızılın qiyməti ilə bağlı VACİB AÇIQLAMA

Qızılın qiyməti sürətlə atmaqda davam edir. 

Əmtəə bazarlarında qızıl və gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri tarixi maksimumunu yeniləyib. 

Qeyd edək ki, Nyu-Yorkun "Comex" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,96% artaraq 5 272,11 ABŞ dollarına bərabər olub.

Maraqlıdır, qızılın qiymətinin sürətlə artmasının səbəbi nədir? 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, qızıl artıq neçə ildir bahalaşmağa davam edir:

390657

"Qızılın qiymətinin bahalaşmasının əsas səbəbi dünya mərkəzi banklarının qızıl alışına üstünlük verməsidir. Həmçinin, Azərbaycan Neft Fondu da qızıl alışını artırıb. Qızıl alışına üstünlük verilməsinin səbəbləri sırasında qeyri-müəyyənliklər, gərginliklər, qlobal risklər var. Bununla yanaşı, ölkələrin bir-birinə ticarət sanksiyası tətbiq etməsi də qızıl alışına təlabatı artırıb". 

Həmsöhbətimiz hesab edir ki, qızılın qiyməti 2026-ci ildə də artmağa davam edəcək:

"Qızılın qiyməti yaxın bir-iki il ərzində də artacaq. Ümumiyyətlə, qızıla yatırım etmək istəyənlər zərgərlik məhsuluna deyil, sikkə, külçə almalıdır".

Günel

Избранный
22
hit.az

1Источники