RU

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 4%-ə yaxın artıb

Bakı. Trend:

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9faizini təşkil etməklə 20,303 milyard manat olub ki, bu da 2024-cüillə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çoxdur.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Hesabat ili ərzində dövlət büdcəsinin gəlirlərindəqeyri-neft-qaz sektoru üzrə daxilolmaların 59,1 faizini və ya12006,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar,31,4 faizini və ya 6,370 milyon manatını gömrük orqanlarının xəttiilə daxilolmalar, 3,3 faizini və ya 679,7 milyon manatını dövlətbüdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindəndaxilolmalar, 5,9 faizini və ya 1200,8 milyon manatını sairdaxilolmalar, 0,3 faizini və ya 46,2 milyon manatını dövlətəmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.

2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrəvergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya8,9 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sairdaxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindənmaliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindəndaxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icraolunub.

Məqalədə:
Избранный
92
8
az.trend.az

9Источники