RU

Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 10 %-ə yaxın artırıb

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 95,8 % və yaxud 4 milyard 554,4 milyon manat icra olunub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % və yaxud 403,3 milyon manat çoxdur.

Hesabat dövründə sosial müdafiə və sosial təminat xərcləri faktiki xərclərin 11,8 %-ni təşkil edib.

Избранный
3
1
far.az

2Источники