RU

BDU İndoneziyanın Multimedia Nusantara Universiteti ilə əməkdaşlığa başlayır

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə İndoneziyanın Multimedia Nusantara Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və Multimedia Nusantara Universitetinin rektoru Andrey Andoko imzalayıblar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sənəd hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi, eləcə də beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır.

Memorandumda, həmçinin elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planlarının və sillabusların işlənməsi, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Əsası 2005-ci ildə qoyulmuş Multimedia Nusantara Universiteti QS Asiya Universitetləri Reytinqində 451–460-cı yerlər arasında qərarlaşıb.

Избранный
22
1
azertag.az

2Источники