RU

“ABŞ İrana hərbi müdaxilə edəcək” – SENSASİON AÇIQLAMA

“ABŞ ilə İran arasında gərginlik artmağa davam edir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp İran məsələsi ilə bağlı öz hədəflərinə çatmağa çalışır: 
“O, istədiyi şəkildə İrandakı rejimi ya özünə uyğunlaşdırmağa, ya da tamamilə dəyişdirməyə çalışır. Trampın digər hədəfi də İran neftinin ələ keçirilməsi ilə bağlıdır. Hesab edirlər ki, Venesuela neftini ələ keçirdilər, indi də dünya hökmranlığı üçün İran neftinin və qazının da nəzarətə götürülməsi lazımdır.

Eyni zamanda, oradakı insan haqlarının pozulması ilə bağlı da narahatçılıqlar var. Düzdür, bu məsələdən Amerika və o tipli digər Qərb dövlətləri öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Yəni hardasa insan haqları guya pozulur, ancaq öz ölkələrində insan haqlarının pozulmasını nəzərə almırlar. Lakin İranda bu məsələ həqiqətən var”.

Siyasətçi qeyd edib ki, iki ölkə arasındakı gərginlik həm də İranın daxili vəziyyətindən qaynaqlanır:
“ABŞ də bu fürstəndən istifadə etməyə çalışır. Artıq İranda insanlar köhnə qaydalarla yaşamaq istəmirlər. Həmçinin, hakimiyyət də köhnə qaydalarla ölkəni idarə edə bilmir. Rəsmi Tehran bunu başa düşməlidirlər. Çünki bu qədər represiyalarla, onminlərlə ölümlərlə, edamlarla irəli gedə bilməzlər. İnsanlara qarşı belə addımlarla rejimi saxlamaq olmaz”.

Partiya sədri vurğulayıb ki, İran hakimiyyəti düzgün qərar verməlidir:
“Əgər İranda həqiqətləri nəzərə alaraq düşünsələr, ABŞ ilə razılaşacaqlar. Yəni hansısa bir ortaq variant tapılar. Bir var hakimiyyət radikal yoldan - yəni hər şeyi dağıtmaq, onun üzərində yenidən nəsə qurmaqla dəyişsin. O da çox fəlakətli bir yoldur. Digər tərəfdən isə tədricən dəyişikliklərə getmək olar. Yəni hakimiyyətin özünün içərisində islahatçıların hakimiyyətə gəlməsi və din xadimlərinin mövqelərinin məhdudlaşdırılması üzrə iş getməlidir. Bu istiqamətdə iş gedəcəksə müharibədən qaçmaq mümkün olacaq”.

Akif Nağı hesab edir ki, əks halda ABŞ İrana hərbi müdaxilə edəcək:
“Əgər İran razılaşmasa, ABŞ-nin addımları qaçılmaz olacaq. Onlar, Amerika ilə mübarizə aparmaq gücündə deyillər. Görünür, İran rəsmiləri ötən il yaşananlardan nəticə çıxarmayıblar. Hesab edirəm ki, Tehran hakimiyyəti geri addım atmasa, açıq hərbi müdaxilə baş verəcək. Böyük ehtimalla, ABŞ İranda bir neçə hədəfə zərbə endirəcək. Ondan sonra İran hakimiyyəti məsələni başa düşəcək və razılaşma yolu ilə münaqişə öz həllini tapacaq”.

Elmir Mustafa

Избранный
4
hit.az

1Источники