RU

Dərnəgül elektrik deposunda təmir işləri nə vaxt yekunlaşacaq?

Bakı.Trend:

Dərnəgül elektrik deposunda aparılan təmir işlərinin əsashissəsi bu ilin sonu, gələn ilin əvvəlində yekunlaşacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan AvtomobilYolları Dövlət Agentliyindən bildirilib.

Qurumdan əlavə edilib ki, layihə çərçivəsində “Çinarlı” yaşayışkompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil vəpiyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər “BakıMetropoliteni” QSC-nin xidməti ərazisinin altından keçməkləlayihələndirilib:

"Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr,hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metrtəşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşaediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalarüçün piyada səkilərinin inşası da nəzərdə tutulub".

Qeyd edək ki, layihə çərçivəsində “Çinarlı” yaşayış kompleksiniAbay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyadatunellərinin tikintisi nəzərdə tutulur. Tunellər “BakıMetropoliteni” QSC-nin xidməti ərazisinin altından keçməkləlayihələndirilib.

Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr,hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metrtəşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşaediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalarüçün piyada səkilərinin inşası da nəzərdə tutulub.

Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxilihündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.

Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrininyaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyininartırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmətedəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahathərəkətini təmin etməklə yanaşı, piyada tuneli sakinlərin qarşıtərəfə təhlükəsiz keçidini mümkün edəcək. Bu isə xüsusilə ətrafdayaşayan əhalinin gündəlik hərəkət rahatlığını əhəmiyyətli dərəcədəartıracaq.

Layihənin icrası zamanı müasir yol-nəqliyyat standartlarınauyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirinminimuma endirilməsi nəzərdə tutulur.

Tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayevküçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınınınoptimallaşdırılması, şəhər infrastrukturunun funksionallığınınyüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin dahasəmərəli təşkili təmin olunacaq.

Qeyd olunan küçələr arasındakı mövcud piyadalar üçün yeraltıkeçid ərazidə avtomobillərin və piyadaların hərəkəti üçün yeniyeraltı tunellər layihələndirildiyindən bağlanıb.

Избранный
72
4
az.trend.az

10Источники