RU

FTX-yə yeni səlahiyyət verilir

Rusiya Dövlət Duması, Federal Təhlükəsizlik Xidmətinə (FTX) təkcə mobil rabitəni deyil, həm də sabit internet və telefon bağlantılarını müvəqqəti olaraq dayandırmaq səlahiyyəti verən qanun layihəsini birinci oxunuşda qəbul edib. 

Hökumət tərəfindən hazırlanaraq 2025-ci ilin noyabrında parlamentə təqdim olunan sənəd “vətəndaşların və dövlətin təhlükəsizliyini təhdid edən hallarda” rabitənin məhdudlaşdırılmasını nəzərdə tutur.

"Cebheinfo.az" xəbər verir ki, layihəyə əsasən, telekommunikasiya operatorları FSB-nin tələbi ilə istənilən rabitə xidmətini dayandırmaq öhdəliyi daşıyacaq.

Bu tədbirlərin hansı hallarda tətbiq ediləcəyi prezident fərmanı və ya hökumət qərarları ilə müəyyənləşdiriləcək.

Eyni zamanda, operatorlar bu kəsintilərə görə abonentlər qarşısında maddi məsuliyyətdən azad ediləcək.

RBC-nin məlumatına görə, mövcud qanunvericilikdə “rabitə xidməti” anlayışı mesajların qəbulu, emalı, saxlanması və ötürülməsini əhatə edir.

Buna görə də yeni tənzimləmə sabit interneti, mobil rabitəni və telefon xətlərini daxil olmaqla bütün rabitə növlərini əhatə edir.

Layihənin izahatında dəyişikliklərin terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində hüquqi boşluqları aradan qaldırmağı hədəflədiyi, sosial və ya iqtisadi baxımdan mənfi nəticələr doğurmayacağı iddia olunur.

Rəqəmsal İnkişaf Nazirinin müavini İvan Lebedev bildirib ki, çoxsaylı məhkəmə iddiaları fonunda bu tənzimləmə zəruri olub, xüsusilə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar zamanı rabitənin məhdudlaşdırılması vacibdir.

Deputatlar isə sui-istifadə riskləri və əhatə dairəsinin qeyri-müəyyənliyi ilə bağlı suallar qaldırıblar. Nazirlik bu məsələlərin ikinci oxunuşa qədər dəqiqləşdiriləcəyini açıqlayıb.

Rusiyada son illərdə təhlükəsizlik səbəbilə mobil internetin müvəqqəti dayandırılması tez-tez tətbiq olunur.

Bu cür tədbirlər həm Moskvada, həm də iri şəhərlərdə, xüsusən rəsmi tədbirlər və PUA təhdidi zamanı qüvvəyə minir. Yeni tənzimləmə bu praktikanın sabit internetə də şamil edilməsini nəzərdə tutur.

Избранный
48
cebheinfo.az

1Источники