RU

Ötən il mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər xəasrət alıb

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

APA xəbər verir ki, bu, Baş Prokurorluqda keçirilən 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair Geniş Kollegiya iclasında qeyd edilib.

Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olmuş, onlardan 71 nəfəri həlak olmuş, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Избранный
16
21
apa.az

10Источники