RU

DSX Akademiyasına qəbul elan edilir – VİDEO

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Akademiyaya qəbul elan edir.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, 1-ci ixtisas qrupu üzrə “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına müraciət etmək istəyən namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, orta və ya orta-ixtisas təhsilli, həmçinin fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər Dövlət Sərhəd Xidməti Akademiyasına və ya yaxınlıqda yerləşən hərbi hissələrinə təqdim edilə bilər.

Daha ətraflı məlumatı Dövlət Sərhəd Xidmətinin dsx.gov.az rəsmi internet saytından ala bilərsiniz.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29 42A

Əlaqə nömrələri: 012 372 16 20; 012 493 62 47

Избранный
48
5
poliqon.az

7Источники