Yanvar ayında gənc yarımmüdafiəçi Dro Fernandesin klubdan ayrılması “Barselona”nın bir sıra futbolçularını narazı salıb.
Publika.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Onun gedişinə ən sərt reaksiya verən oyunçu Qavi olub. Yarımmüdafiəçi Dronun ayrılığı rəsmiləşdikdən sonra narazılığını birbaşa məşqçilər korpusuna yönəldib. O, baş məşqçi Hansi Flikin rəhbərlik etdiyi texniki heyəti Fernandesə kifayət qədər oyun vaxtı verməməkdə ittiham edib və bunun futbolçunun klubu tərk etməsinə təsir göstərdiyini bildirib.
O, nümunə kimi Kral Kubokunda “Qvadalaxara”ya qarşı oyunu göstərib. Həmin matçda Dro Fernandesə bir dəqiqə belə şans verilməyib. Eyni vəziyyət İspaniya Superkubokunda da yaşanıb.