RU

Sahibə Qafarova Omanda

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn və Səudiyyə Ərəbistanından sonra Oman Sultanlığına rəsmi səfər edib.

İctimai Rəy bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Yanvarın 28-də Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Milli Məclisin qış sesdiyasında Azərbaycanla Oman arasındakı diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş ratifikasiya edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.

Избранный
69
25
ictimairey.az

10Источники