RU

Xamenei görür ki, ölkədə vəziyyət qarışacaq, məsuliyyəti Amerikanın üzərinə atmağa çalışır Video

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Seyyid Əli Hüseyni Xameneinin “Trampın vədləri İranı daha çətin vəziyyətə salır” fikri onu deməyə əsas verir ki, İranın vəziyyəti yaxın gələcəkdə daha da pis olacaq. Xamenei buna zəmin yaradır. Yəni özü görür ki, vəziyyət qarışacaq, məsuliyyəti Amerikanın üzərinə atmağa çalışır. Amerika Birləşmiş Ştatları əvvəldən İslam Cümhuriyyəti üçün bir bəhanə olub. Millətin istəklərini rədd edə bilmək üçün deyə bilsin ki, “bu istəklər Amerikanın istəkləridir”. Kim haqqını istəyibsə, deyilib ki, “o, Amerikanın casusudur”. Kim etiraz edibsə, deyilib ki, “bu şəxs İsrailin casusudur, istəyir ki, İslam Cümhuriyyətini dağıtsın”. Xameneinin danışıqlarına diqqət edəndə görürük ki, onun sözlərinin yarısından çoxu “düşmən” fikrinin üzərindədir”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, Xamenei heç bir zaman İrandakı bu vəziyyətə səbəbin İslam Cumhuriyyətinin olmasını qəbul etməyib və sərvətləri olan bir ölkəni fəlakətə sürükləyib.

Maşallah Rəzmi

“Rejim ölkədəki vəziyyəti hər zaman sanksiyalarla əlaqələndirib. Öz eyiblərini heç vaxt qəbul etməyiblər. İranda Urmu dəryası kimi böyük bir dəryanı qurutdular, çayları qurutdular. Hər yeri viran etməyə çalışdılar. Məmləkəti biyabana çevirmək Amerikanın əli ilə olmayıb, İslam Cümhuriyyətinin səhv siyasətinin nəticəsində vəziyyət belə alınıb.

Bu hökumət işi bilən insanı rəhbəri qəbul etmədikləri üçün kənara atıb. Bu gün məqama çatanların isə ləyaqəti yoxdur. Məmləkətin bu günə düşməsinin səbəbi odur ki, işi bilən insanlar kənara qoyulub, axmaqlar iş başındadır”-deyə Maşallah Rəzmi bildirib.

Güneyli siyasi şərhçi Maşallah Rəzminin İranın mövcud hakimiyyətinin fəaliyyəti haqda açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
bizimyol.info

1Источники