Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Premyer Liqa klubunun qapıçısı mövsümü başa vurdu
İngiltərənin "Nottinqem Forest" klubu ciddi itki ilə üzləşib.
QOL.az BBC-yə istinadən xəbər verir ki, komandanın əsas qapıçısı Con Viktor dizindən aldığı ağır zədə səbəbindən mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Məlumata görə, 29 yaşlı qolkiper yanvarın 3-də "Aston Villa" ilə matçda (1:3) zədələnib və əməliyyat olunub. Onun bu mövsüm meydana çıxmayacağı dəqiqləşib.
Yaranmış vəziyyət klubu hərəkətə gətirib. Transfer pəncərəsi bağlanana qədər heyətə yeni qapıçı cəlb etmək istəyən rəhbərlik "Vulverhempton"un qolkiperi Joze Sa üzərində fokuslanıb. Hazırda tərəflər arasında müzakirələrin aparıldığı bildirilib.
Xatırladaq ki, "Nottinqem Forest"in əsas hücumçusu Kris Vud da zədəli olduğu üçün oktyabr ayından bəri komandaya kömək edə bilmir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.