RU

Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb

1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edib.

Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.

Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.

Azərbaycan dövlət borcu 2026 dövlət borcu ÜDM nisbəti Azərbaycan dövlət borcu statistikası Maliyyə Nazirliyi dövlət borcu xarici dövlət borcu Azərbaycan daxili dövlət borcu Azərbaycan 1 yanvar 2026 dövlət borcu Azərbaycan ÜDM 2025 dövlət borcunun strukturu beynəlxalq maliyyə bazarlarında istiqrazlar xarici kredit sazişləri dövlət borcu göstəriciləri fiskal dayanıqlıq Azərbaycan dövlət maliyyəsi statistikası Marja.az dövlət borcu xəbərləri Azərbaycan iqtisadi göstəriciləri dövlət borcu və ÜDM makroiqtisadi göstəricilər Azərbaycan
Избранный
81
30
marja.az

10Источники