RU

Azərbaycanlı alim Türkiyədə mükafat alıb

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Türk dünyası elminə və təhsilinə verdiyi mühüm töhfələrə görə Prof. Dr. Şahin Həsənov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Böyük Turan” Ordeni ilə təltif olunub.

Gununsesi.info–nun xəbərinə görə, təltif mərasimi Türkiyədə  baş tutub.

Mükafat alimə Türk dünyası elminin inkişafı, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi sahəsində göstərdiyi uzunmüddətli və səmərəli xidmətlərinə görə təqdim edilib.

“Böyük Turan” Ordeni Türk dünyasının elmi və mədəni dəyərlərinə xidmət edən nüfuzlu şəxslərə verilən ali mükafatlardan biri hesab olunur.

Xatırladaq ki,  Texniki elmlər doktoru, Professor Şahin Həsənov həm də Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
icma.az

1Источники