RU

“Mənə inanır, yaxşı məşqçidir, məqsədlərinə çata biləcək”

“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono komandanın yeni baş məşqçisi Alvaro Arbeloa haqqında danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin yaxşı məşqçi olduğunu söyləyib:

“Arbeloa mənə inanır. Onun və köməkçilərinin verdiyi dəstəyə görə minnətdaram. O, yaxşı məşqçidir. “Real” Arbeloa ilə məqsədlərinə çata biləcək”.

Mastantuono 2025-ci ilin yayında “River Pleyt”dən “Real”a keçib. Argentinalı futbolçunun Madrid klubuyla müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.

O, bu mövsüm 21 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Избранный
6
sportinfo.az

1Источники