RU

Rəsmi Tehrandan Trampa: İran dialoqa hazırdır, lakin məcbur qalsaq, misli görünməmiş cavab verəcəyik

İranın BMT-dəki nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın xəbərdarlığına cavab verib.

Azreform.info  xəbər verir ki, nümayəndəlik İranın danışıqlara hazır olduğunu, lakin məcbur ediləcəyi təqdirdə, özünü müdafiə edəcəyini və misli görünməmiş tərzdə cavab verəcəyini bildirib.

“ABŞ-ın sonuncu dəfə səhvən Əfqanıstan və İraq müharibələrinə daxil olması 7 trilyon dolların boşa getməsinə və 7 mindən çox amerikalının həyatını itirməsinə səbəb oldu. İran qarşılıqlı maraqlar və hörmət əsasında dialoqa hazırdır, lakin təzyiq edilərsə, özünü müdafiə edəcək və indiyədək görünməmiş formada cavab verəcək”, - qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp özünün “Truth Social” hesabında İranı danışıqlara başlamayacağı təqdirdə, böyük hücumla hədələyib.

"Vaxt azalır və bu vaxt çox dəyərlidir. İrana bundan əvvəl də demişdim ki, razılaşma əldə edin! Onlar bunu etmədilər və biz gecəyarısı əməliyyat keçirdik. Növbəti hücum daha pis olacaq. Bunun bir daha təkrarlanmasına icazə verməyin”, - Tramp xəbərdarlıq edib.(apa)

Избранный
2
12
azreform.info

10Источники