RU

Masallının Xallıcallı kəndinin əkin sahələrini su basıbVİDEO

Masallı rayonunun Xallıcallı kəndinin əkin sahələrini su basıb.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri deyirlər ki, dağlarda əriyən qar Viləşçay vasitəsilə əkin sahələrinə dolub.

Bu səbəbdən hektarlarla taxıl sahəsi su altında qalıb. Sakinlər subasmaya səbəb kimi vaxtilə ərazidə olan su anbarının təyinatının dəyişdirilməsini göstərir.

Sakinlərin sözlərinə görə, qar suyu əkin sahələri ilə yanaşı, evlərə də problem yaradır.

Artıq əraziyə texnika cəlb olunub, yaranmış problemin həlli istiqamətində işlər aparılır.

Hazırda suyun yaşayış evlərinin yaxınlığında toplanması həyətyanı sahələrə keçmə təhlükəsi yaradır. Ərazidə işlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
26
xezerxeber.az

1Источники